
REDMI brendi 7000 mAh-lıq batareyaya sahib smartfonu test edir
Cihazlar+
17.12.2024
Emil
Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən Xiaomi-nin REDMI brendi olduqca böyük həcmli batareyaya və yüksək sürətli şarj texnologiyasının dəstəyinə sahib yeni smartfonunu test edir. Məlumatda qeyd edilib ki, REDMI tərəfindən laboratoriya şəraitində test edilən yeni smartfon 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub və o özündə 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini birləşdirir.
İnsayderin məlumatlarına inansaq, laboratoriya testləri zamanı məlum olub ki, smartfon batareyası şarj prosesi çərçivəsində yüksək temperatura kimi qızır. Lakin insayderin fikrincə REDMI-nin bu yeni smartfonu nəticə etibarilə 100 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareyanı əldə edə bilər. Heç istisna deyil ki, bu cür smartfon REDMI Turbo 4 Pro olsun.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
