Logo
    main-post-cover

    Redmi brendi flaqman imkanlara sahib kompakt ölçülü yeni planşet hazırlayır

    Cihazlar+
    13.08.2024
    Emil
         Dünən Digital Chat Station ləqəbli məşhur insayder xəbər verdi ki, Xiaomi-nin hazırladığı Xiaomi Pad 7 planşetləri artıq bu ay ərzində təqdim oluna bilərlər. Lakin məlum olub ki, öz yeni planşetini həmçinin Xiaomi-nin Redmi brendi də hazırlayır. Belə ki, Digital Chat Station ləqəbli insayder bildirib ki, Redmi brendi hal-hazırda kompakt ölçülü planşet üzərində çalışır.
         İnsayderin sözlərinə əsasən planşetin kompakt ölçüyə sahib olmasına baxmayaraq o özündə flaqman imkanları birləşdirəcək. Məlumatda qeyd edilib ki, planşet hazırlanma mərhələsindədir. Çox güman ki, Redmi-nin kompakt ölçülü yeni planşeti MediaTek-in və ya Qualcomm-un flaqman prosessoru vasitəsilə çalışacaq. Təəssüflər olsun ki, planşet barəsində digər bir məlumat yoxdur. Onun nə zaman təqdim oluna biləcəyi də bilinmir. Lakin çox güman ki, planşet artıq gələn il təqdim olunacaq.
    Paylaş