
Redmi brendi kompakt ölçülü subflaqman smartfonun təqdimatına hazırlaşır
Cihazlar+
18.10.2024
Emil
Xiaomi-nin Redmi brendi gələn ay Redmi K80 və K80 Pro smartfonlarını təqdim etməlidir. Lakin Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən Redmi brendi üstəlik kompakt ölçülü subflaqman smartfonunun da təqdimatına hazırlaşır. İnsayder bildirib ki, Redmi-nin kompakt ölçülü subflaqman smartfonu 6.3 düym ölçülü ekranla təchiz olunacaq. Kompakt ölçüyə sahib olacağına baxmayaraq smartfon üstəlik 6000 mAh enerji tutumlu batareyanı da əldə edəcək.
İnsayder güman edir ki, smartfonda teleobyektiv və naqilsiz şarj texnologiyasının dəstəyi olmayacaq. Bununla belə məlumatda qeyd edilib ki, bu, yüksək performanslı subflaqman smartfon olacaq. İnsayder bu smartfonun adını açıqlamayıb. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə vivo şirkəti vivo X200 smartfon seriyası çərçivəsində vivo X200 Pro mini adlı kompakt ölçülü smartfonunu təqdim etdi. Görünür, kompakt ölçülü smartfonlar daha çox şirkətin diqqətlərini cəlb etməyə başlayıblar.
Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
