Logo
    Redmi brendi Redmi A3 Pro adlı yeni büdcəli smartfonu üzərində çalışır

    Redmi brendi Redmi A3 Pro adlı yeni büdcəli smartfonu üzərində çalışır

    Cihazlar+
    04.09.2024
         Ortaya çıxmış yeni məlumata əsasən Xiaomi-nin Redmi brendi yeni büdcəli smartfonu üzərində çalışır. Söhbət, Redmi A3 Pro-dan gedir. Qeyd etmək lazımdır ki, Redmi brendi adi Redmi A3-ü bu ilin əvvəlində təqdim etmişdi. Redmi A3 Pro öz növbəsində HyperOS-in kodunda 2409BRN2CG model nömrəsi ilə ortaya çıxıb. Məlumata əsasən Redmi A3 Pro smartfonu 13 MP-lik əsas arxa kameraya və 5 MP-lik ön kameraya sahib olacaq. Digər texniki göstəricilər baxımından smartfon bir neçə gün bundan öncə təqdim edilmiş Redmi 14C-ə bənzəməlidir. Yəni smartfon MediaTek Helio G81 Ultra prosessoru vasitəsilə çalışmalı və özündə 18 vatt gücündə sürətli şarj texnologiyalı 5160 mAh enerji tutumlu batareyanı birləşdirməlidir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...