
Redmi brendi satılmış 1 milyard smartfon göstəricisinə çatıb
Cihazlar+
23.11.2023
Emil
Xiaomi-nin Redmi brendi son 10 il ərzində 1 milyard ədəd smartfon satmaqla diqqət çəkən nailiyyəti əldə edib. Bu barədə məlumatı Redmi brendinin rəhbəri Lu Weibing təqdim edib. Redmi brendi Xiaomi tərkibində 31 iyul 2013-cü il tarixində təsis edilib. Redmi brendini yaradan zaman şirkətin əsas hədəfi bu brend çərçivəsində nisbətən ucuz qiymətə keyfiyyətli smartfonlar təqdim etmək idi. 3 yanvar 2019-cu il tarixində isə Redmi müstəqil subbrendə çevrildi. İndi isə Lu Weibing bildirib ki, Redmi brendi ümumilikdə satılmış 1 milyard smartfon göstəricisinə çatıb.
Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
