Logo
    main-post-cover

    Redmi brendi subflaqman Snapdragon prosessorlu gaming planşetini təqdim etməyə hazırlaşır

    Cihazlar+
    08.10.2024
         Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən Xiaomi-nin Redmi brendi Snapdragon 8 seriyasına daxil olan flaqman prosessor vasitəsilə çalışacaq kompakt ölçülü gaming planşetini təqdim etməyə hazırlaşır. İnsayder planşetin adını açıqlamayıb. Lakin ITHome saytının sözlərinə əsasən söhbət, Redmi-nin Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacaq yeni planşetindən gedir.
         Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Redmi brendi Snapdragon 8s Gen 3 prosessoruna sahib yeni planşet üzərində çalışır. Ola bilsin ki, Digital Chat Station ləqəbli insayderin söz açdığı planşet də məhz budur. Redmi brendi may ayında Snapdragon 7s Gen 2 prosessoru vasitəsilə çalışan Redmi Pad Pro planşetini təqdim etmişdi. Bu planşet hal-hazırda Redmi-nin ən güclü planşetidir. Hazırlanan yeni planşetin isə nə zaman təqdim olunacağı bilinmir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Redmi brendi subflaqman Snapdragon prosessorlu gaming planşetini təqdim etməyə hazırlaşır | Technote