Logo
    main-post-cover

    REDMI brendi yüksək performanslı gaming smartfonu üzərində çalışır

    Cihazlar+
    26.02.2025
    Emil
         Son məlumat sızıntılarına əsasən REDMI brendi yüksək performanslı bir neçə yeni smartfon üzərində çalışır. Aprel ayında təqdim olunması gözlənilən REDMI Turbo 4 Pro modeli ilə yanaşı, şirkət REDMI K seriyasına aid yeni bir gaming smartfonunu da hazırlayır. Digital Chat Station ləqəbli məşhur insayder bu cihazın əsas xüsusiyyətləri ilə bağlı bəzi detallar paylaşıb. REDMI K seriyasına aid bu sirli smartfon şirkət daxili sınaq mərhələsindədir və inkişaf etdirilmiş soyutma sistemi ilə təchiz edilib. Bu sistemə RGB işıqlandırmaya malik daxili pər də daxildir. Bu da cihazın gaming üçün nəzərdə tutulduğunu göstərir.
         Çünki istilik idarəetməsi oyunlarda stabil performans üçün həlledici amillərdən biridir. Bu smartfonun əsasını hələ təqdim edilməmiş Snapdragon 8s Elite prosessoru təşkil edə bilər. Sözügedən prosessorun aprel ayında rəsmi olaraq təqdim olunacağı gözlənilir. Cihazın əsas xüsusiyyətlərindən biri onun böyük həcmli batareyası olacaq. Belə ki, smartfonun batareya həcminin 7000 mAh-dan böyük olacağı gözlənilir. Bu modelin REDMI K80 seriyasına aid olması ehtimal edilir, lakin rəsmi adı və dəqiq buraxılış tarixi hələ açıqlanmayıb. Çox güman ki, REDMI brendinin bu gaming smartfonu 2025-ci ilin birinci və ya ikinci rübündə təqdim ediləcək.
    Mənbə: Gizmochina
    Paylaş