Logo
    main-post-cover

    Redmi brendindən yeni büdcəli Redmi 9 smartfonu - QİYMƏTİ

    Cihazlar+
    11.06.2020
        Heç bir təqdimat tədbiri keçirtmədən Xiaomi şirkəti Redmi 9 adlı büdcəli smartfon modelini satışa çxartdı. Sözügedən smartfon şirkətin bir sıra Avropa regionları üçün olan saytlarında satışdadır. Beləliklə yeni Redmi 9-un özəllikləri arasında MediaTek prosessoru, dördlü arxa kamera, böyük həcmli batareya və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC modul var. Redmi 9 smartfonu 2340x1080 piksel keyfiyyətli 6.53 düym IPS ekrana sahibdir. Ekranın özü isə Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunub və onun yuxarı mərkəz hissəsində damcı formalı çıxıntı yerləşdirilib.
        Əsas texniki göstəricilərə gəldikdə isə Redmi 9 modeli 8 nüvəli MediaTek Helio G80 prosessoru, Mali-G52 MC2 qrafik çipi, 3/4 GB RAM, 32/64 GB daxili yaddaş həcmi, 13 MP (f/2.2 diafraqma) + 8 MP (f/2.2 diafraqma, 118 dərəcə bucaq təsviri) + 5 MP (makroobyektiv) + 2 MP (f/2.4 diafraqma) dördlü arxa kamera, 8 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5020 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Şirkətin verdiyi məlumata əsasən bu cür batareya həcmi sayəsində Redmi 9 modeli 185 saat musiqi dinləmə rejimində, 31 saat telefon danışığı rejimində və 19 saat video izləmə rejimində çalışa bilir. Smartfon həmçinin USB Type-C girişinə və 3.5 mm-lik audiogirişə sahibdir. İspaniyada 3 GB RAM və 32 GB daxili yaddaşa sahib model 149 avroya, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib model isə 179 avroya satılır.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Redmi brendindən yeni büdcəli Redmi 9 smartfonu - QİYMƏTİ | Technote