main-post-cover

    Redmi Buds 6 Active Edition naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    17.05.2024
    Emil Nəcəfov
         Redmi brendi Redmi Note 13R smartfonu ilə yanaşı yeni naqilsiz qulaqlığını da təqdim edib. Brendin yeni naqilsiz qulaqlığı Redmi Buds 6 Active Edition adlanır. Bu yeni büdcəli naqilsiz qulaqlıqlar böyük ölçülü səsgücləndiriciləri əldə ediblər və onlar bir dəfə şarj olunandan sonra uzun müddət ərzində çalışa bilirlər. Redmi Buds 6 Active Edition-da 14.2 mm-lik böyük audio drayverlərdən istifadə edilir. Xüsusi mobil tətbiq vasitəsilə istifadəçi qulaqlıqların necə səslənmələrini özünə uyğun ayarlaya bilər.
         Qulaqlıqlar bu və ya digər cihaza Bluetooth 5.4 texnologiyası vasitəsilə qoşulurlar. Redmi Buds 6 Active Edition ətraf səs-küyün aktiv boğulması funksiyasına sahib olmasa da, onda olan mikrofonlar telefon danışıqları zamanı ətraf səs-küyü müəyyən səviyyədə aradan qaldırırlar. Məlumata əsasən sözügedən qulaqlıqlar bir dəfə şarj olunandan sonra 6 saat ərzində çalışa bilirlər. Şarj keysi sayəsində isə bu göstərici 30 saat təşkil edir. Redmi Buds 6 Active Edition artıq Çində satışa çıxıb və onun qiyməti cəmi 14$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi Note 13R smartfonu təqdim edilib - QIYM'TI
    redmi-note-13r-smartfonu-teqdim-edilib-qiymti
    Redmi K70 Ultra flaqman smartfonu sertifikatlaşdırmadan keçib
    redmi-k70-ultra-flaqman-smartfonu-sertifikatlasdirmadan-kecib
    Xiaomi artıq elektrikli krossover üzərində çalışır
    xiaomi-artiq-elektrikli-krossover-uzerinde-calisir
    Təqdimata hazırlaşan POCO F6-nın hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə məlum olub
    teqdimata-hazirlasan-poco-f6-nin-hansi-prosessoru-elde-edeceyi-resmi-sekilde-melum-olub
    POCO F6 subflaqman smartfonun təqdimatı anons edilib
    poco-f6-subflaqman-smartfonun-teqdimati-anons-edilib