Logo
    main-post-cover

    REDMI Buds 6 Pro naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    27.11.2024
    Emil
         Xiaomi-nin REDMI brendi REDMI K80 smartfonları ilə yanaşı REDMI Buds 6 Pro adlı yeni naqilsiz qulaqlığını da təqdim edib. Qulaqlıqlar vakuum konstruksiyanı əldə ediblər. Bununla yanaşı hər bir qulaqlıq 3 ədəd mikrofona sahibdir. REDMI Buds 6 Pro iki rejimdə ətraf səs-küyün boğulması funksiyasını dəstəkləyir. Onlardan biri telefon danışıqları zamanı işə düşür və bu halda işə düşən müvafiq funksiya süni zəka əsaslıdır.
         Nəticədə qulaqlıqların istifadəsi ilə həyata keçirilən telefon danışıqları zamanı səsin keyfiyyəti olduqca yüksək olur. İkinci rejim isə ətraf səs-küyün standart boğulması funksiyasıdır. Bunun sayəsində qulaqlıqlar ətraf səs-küyü 55 dB-ə (desibel) kimi boğa bilirlər. Qulaqlıqlar bir dəfə şarj olunandan sonra 9.5 saat ərzində çalışa bilirlər. Şarj keysi ilə birlikdə bu göstərici 36 saat təşkil edir. REDMI Buds 6 Pro artıq Çində satışa çıxıb və onun qiyməti 55$ təşkil edir.
    Paylaş