
Redmi Buds 6 Pro naqilsiz qulaqlığının təqdimatı anons edilib
Cihazlar+
22.11.2024
Emil
Xiaomi-nin Redmi brendi 27 noyabr tarixində yeni məhsullarını təqdim edəcək. Təqdim ediləcək məhsullar arasında Redmi K80 və K80 Pro smartfonları olacaq. İndi isə məlum olub ki, smartfonlara həmçinin yeni naqilsiz qulaqlıq da qatılacaq. Belə ki, Redmi brendi Redmi Buds 6 Pro adlı yeni naqilsiz qulaqlığının təqdimatını anons edib. Hətta poster vasitəsilə bu yeni naqilsiz qulaqlığın xarici görünüşü də sərgilənib. Posterdən də görmək olar ki, Redmi Buds 6 Pro vakuum konstruksiyasına sahib olacaq və üstəlik ətraf səs-küyün boğulması funksiyasını dəstəkləyəcək. Məlumatda qeyd edilib ki, bu funksiya sayəsində qulaqlıqlar ətraf səs-küyü 55 dB-ə (desibel) kimi boğa biləcəklər.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
