Logo
    main-post-cover

    Redmi G Pro 2024 gaming noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    06.03.2024
    Emil
         Redmi brendi öz yeni gaming noutbukunu təqdim edib. Söhbət, Redmi G Pro 2024-dən gedir. Sözügedən yeni gaming noutbuku 14-cü nəsil Intel prosessorunu və NVIDIA GeForce RTX 40 seriyasının videokartını əldə edib. Beləliklə Redmi G Pro 2024 noutbuku 240 Hz-lik təsvir yenilənməsinə sahib 2.5K keyfiyyətli 16 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir və o, sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Noutbukun klaviaturası RGB işıqlandırmaya sahibdir. Redmi G Pro 2024 noutbuku 24 nüvəli Intel Core i9-14900HX prosessoru vasitəsilə çalışır və özündə NVIDIA GeForce RTX 4060 videokartını, 16 GB RAM-ı və 1 TB-lıq SSD-ni birləşdirir.
         Bununla belə noutbukun yaddaş həcmini 8 TB-a kimi də təkmilləşdirmək mümkündür. Soyutma sistemi qismində noutbukda bir neçə pərdən və istilik borularından istifadə edilir. Redmi G Pro 2024 USB Type-C Thunderbolt 4, USB Type-A 3.2 Gen 2, USB Type-A 2.0, mini-DisplayPort 1.4, HDMI 2.1 girişlərinə, SD kart girişinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahibdir. Noutbuk artıq Çin bazarında 1250$ qiymətində satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş