
REDMI G27Q 240 Hz gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
28.03.2025
Emil
Xiaomi-nin REDMI brendi öz yeni gaming monitorunu təqdim edib. Brendin yeni gaming monitoru REDMI G27Q 240 Hz adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Monitor özündə FreeSync Premium texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.0 və DisplayPort 1.4 girişlərini əldə edib. REDMI G27Q 240 Hz artıq Çində satışa çıxıb və onun qiyməti 167$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Bənzər xəbərlər

Nəqliyyat
Xiaomi YU7 krossoverinin yeni rəsmi fotoları təqdim edilib
Xiaomi şirkətinin baş direktoru Lei Jun şirkətin yeni elektrik krossoveri olan Xiaomi YU7 modelini şəxsən ictimaiyyətə təqdim edib və sosial şəbəkələrdə bir sıra fotolar paylaşıb.

Nəqliyyat
Xiaomi keçən il Ford və General Motors-dan daha çox elektromobil satıb
Xiaomi 2024-cü ilin mart ayında öz ilk elektromobilini satışa çıxartdı. Lakin ilin yekununa əsasən, Ford və General Motors-dan daha çox elektrik nəqliyyat vasitəsi satıb. Amerikalı istehsalçılar Çin bazarında ciddi çətinliklərlə üzləşirlər, çünki elektromobillərə olan maraq sürətlə artır və satış liderləri yerli şirkətlər olaraq qalır.

Cihazlar+
POCO F7 Pro və F7 Ultra-nın render fotoları ortaya çıxıb
Xiaomi-nin POCO brendi yaxın zamanda POCO F7 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya adi POCO F7 ilə yanaşı POCO F7 Pro və F7 Ultra modelləri də daxil olacaqlar.

Cihazlar+
REDMI Turbo 4 Pro-nun hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyəcəyi məlum olub
Xiaomi-nin REDMI brendi yanvar ayının əvvəlində REDMI Turbo 4 smartfonunun təqdim etmişdi. İndi isə onun Pro versiyası təqdimata hazırlaşır.

Cihazlar+
Xiaomi Civi 5 Pro böyük həcmli batareyanı əldə edəcək
Xiaomi şirkəti yaxın zamanda Xiaomi Civi 5 Pro smartfonunu təqdim edə bilər. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində Xiaomi tərəfindən hazırlanan bu yeni smartfon barəsində növbəti təfərrüatları təqdim edib.
Ən çox oxunanlar

POCO F7 Pro və F7 Ultra flaqman smartfonları təqdim edilib - QİYMƏTİ
