
Redmi K70 Extreme Edition-un təqdimatı anons edilib
Cihazlar+
16.07.2024
Emil
Xiaomi-nin Redmi brendi növbəti Redmi K70 smartfonunun təqdimatını anons edib. Daha öncə bu smartfonun Redmi K70 Ultra adlanacağı gözlənilirdi. Lakin indi məlum olub ki, Redmi K70 seriyasının növbəti modeli Redmi K70 Extreme Edition adını əldə edəcək. Beləliklə rəsmi anonsa əsasən sözügedən smartfon 19 iyul tarixində qatlana bilən Xiaomi MIX Fold 4 smartfonu ilə birlikdə təqdim ediləcək. Son günlərdə ortaya çıxmış fotolar sayəsində Redmi K70 Extreme Edition-un hansı dizaynda arxa panelə sahib olacağı artıq məlum olub. Qeyd etmək lazımdır ki, Redmi K70 Extreme Edition smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyəlti OLED ekranı əldə etməli və MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışmalıdır.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
