Logo
    main-post-cover

    Redmi K70e-nin bəzi texniki göstəriciləri təqdim edilib

    Cihazlar+
    13.11.2023
    Emil
         Xiaomi-nin Redmi brendi hal hazırda aktiv şəkildə Redmi K70 smartfon seriyasının təqdimatına hazırlaşır. Bu seriyaya adi Redmi K70K70 Pro ilə yanaşı həmçinin K70e modeli də daxil olacaq. İndi isə insayderlər Redmi K70e smartfonunun texniki göstəriciləri barəsində məlumatları təqdim ediblər. Beləliklə verilmiş məlumatlara əsasən Redmi K70e smartfonu 1.5K keyfiyyətli ekranı əldə edəcək. Smartfon 5G dəstəkli MediaTek Dimensity 8300 prosessoru vasitəsilə çalışacaq və özündə üçlü arxa kameranı birləşdirəcək. Kameraların göstəriciləri barəsində təəssüf ki, heç bir məlumat verilməyib. Lakin məlumatda qeyd olunub ki, Redmi K70e 90 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Redmi K70 smartfon seriyasının ya bu ay ya da gələn ay təqdim olunacağı gözlənilir.
    Paylaş