
Redmi K80 Pro flaqman prosessorla yanaşı böyük həcmli batareyanı da əldə edəcək
Cihazlar+
10.10.2024
Emil
Xiaomi-nin Redmi brendinin gələn ay Redmi K80 smartfon seriyasını təqdim edəcəyi gözlənilir. Bu seriyaya minimum iki model daxil olacaq. Redmi K80 və K80 Pro. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində Redmi K80 Pro modeli barəsində bəzi təfərrüatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən Redmi K80 Pro smartfonu Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessoru vasitəsilə çalışacaq.
Bu əslində heç də təəccüblü deyil. Belə ki, keçən ilki Redmi K70 Pro smartfonu Snapdragon 8 Gen 3 flaqman prosessorunu əldə etmişdi. Bununla yanaşı insayder əlavə edib ki, Redmi K80 Pro-nun batareya həcmi 6000 mAh təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Redmi K70 Pro modeli 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Üstəlik Redmi K80 Pro-nun 100 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcəyi gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
