
Redmi K80 smartfon seriyasında Redmi K80E modeli olmaya bilər
Cihazlar+
13.03.2024
Emil
Redmi brendinin bu ilin sonuna yaxın Redmi K80 smartfon seriyasını təqdim edəcəyi gözlənilir. Adətən Redmi brendi özünün K seriyasında 3 ədəd smartfon təqdim edir. Redmi K, Redmi K Pro və Redmi K E. Lakin insayderlərin vermiş olduqları məlumata əsasən bu il təqdim olunacaq Redmi K80 smartfon seriyasında Redmi K80E modeli olmayacaq. Məlumatda qeyd edilib ki, Redmi K seriyasında ləğv ediləcək bu model nəticədə Redmi Note seriyasına keçid edəcək. Burdan da belə qənaətə gəlmək olar ki, bu il Redmi Note 14 smartfon seriyasında Redmi Note 14E modeli təqdim edilə bilər. Qeyd etmək lazımdır ki, ilin sonuna yaxın təqdim olunacağı gözlənilən Redmi K80-nin MediaTek prosessoru, Redmi K80 Pro-nun isə Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
