
Redmi K80 smartfon seriyasının təqdimatı anons edilib
Cihazlar+
21.11.2024
Emil
Xiaomi-nin Redmi brendi Redmi K80 smartfon seriyasının təqdimatını rəsmi şəkildə anons edib. Bununla yanaşı Redmi K80 smartfonlarının xarici görünüşləri rəsmi posterlər vasitəsilə sərgilənib. Beləliklə Redmi tərəfindən təqdim edilmiş posterlərdən birində olan məlumata əsasən Redmi K80 seriyası 27 noyabr tarixində Çində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, seriyaya iki model daxil olacaq. Redmi K80 və K80 Pro. Posterlərdən də görmək olar ki, sözügedən smartfonlar yastı gövdə dizaynını əldə edəcəklər. Smartfonların arxa panellərində isə dairəvi kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində 3 ədəd kamera mövcud olacaq. Son məlumat sızıntılarına əsasən adi Redmi K80 modeli Snapdragon 8 Gen 3 prosessoru, Redmi K80 Pro modeli isə Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq.




Paylaş
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
