Logo
    main-post-cover

    REDMI K80 Ultra barəsində yeni təfərrüatlar təqdim edilib

    Cihazlar+
    13.02.2025
    Emil
         Xiaomi-nin REDMI brendi yaxın zamanda REDMI K80 Ultra smartfonunu təqdim etməlidir. Qeyd etmək lazımdır ki, REDMI K80 və K80 Pro modelləri keçən ilin sonunda təqdim edilib. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində REDMI K80 Ultra barəsində yeni təfərrüatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən REDMI K80 Ultra-nın əsas fərqləndirici tərəfi ondan ibarət olacaq ki, o özündə 7000 mAh-dan daha böyük həcmli batareyanı birləşdirəcək. Bunun olacağı halda REDMI K80 Ultra modeli brend tarixində ən böyük həcmli batareya olacaq.
         Müqayisə üçün qeyd etmək lazımdır ki, REDMI K80 modeli 6550 mAh, K80 Pro modeli 6000 mAh, K70 Ultra modeli isə 5500 mAh enerji tutumlu batareyaya sahibdir. Bundan əlavə olaraq insayder bildirib ki, REDMI K80 Ultra smartfonu 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq və üstəlik MediaTek Dimensity 9400+ prosessoru vasitəsilə çalışacaq. Məlumatda həmçinin qeyd edilib ki, smartfon 1.5K keyfiyyətli OLED ekrana sahib olacaq və özündə ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasını birləşdirəcək. REDMI K80 Ultra-nın yaxın aylar ərzində təqdim olunacağı gözlənilir.
    Mənbə: Gizmochina
    Paylaş
    Bənzər xəbərlər
    poco-m7-5g-nin-fotosu-ve-bezi-texniki-imkanlari-ortaya-cixib
    Cihazlar+

    POCO M7 5G-nin fotosu və bəzi texniki imkanları ortaya çıxıb

    Xiaomi-nin POCO brendi dekabr ayının ortasında POCO M7 Pro 5G smartfonunu təqdim etmişdi. İndi isə POCO brendi onun adi versiyasını təqdim etməyə hazırlaşır. Söhbət, POCO M7 5G-dən gedir.
    redmi-turbo-4-pro-nun-esas-imkanlari-aciqlanib
    Cihazlar+

    REDMI Turbo 4 Pro-nun əsas imkanları açıqlanıb

    REDMI brendi keçən ayın əvvəlində Turbo 4 adlı smartfonunu təqdim etmişdi. İndi isə Turbo 4 Pro modeli təqdimata hazırlaşır. Sızdırılmış yeni məlumatlara görə, bu model daha güclü prosessor və daha böyük həcmli batareya ilə təchiz ediləcək.
    xiaomi-15-ultra-nin-iki-rengli-govdeye-sahib-versiyasinin-fotosu-ortaya-cixib
    Cihazlar+

    Xiaomi 15 Ultra-nın iki rəngli gövdəyə sahib versiyasının fotosu ortaya çıxıb

    İnternetdə Xiaomi 15 Ultra flaqman smartfonunun iki rəngli gövdəyə sahib versiyasına aid foto yayımlanıb. Foto cihazın arxa panelini detallı şəkildə nəzərdən keçirməyə imkan verir.
    xiaomi-mix-flip-2-baresinde-yeni-teferruatlar-teqdim-edilib
    Cihazlar+

    Xiaomi MIX Flip 2 barəsində yeni təfərrüatlar təqdim edilib

    Çindən yayılan yeni bir şayiəyə görə, Xiaomi tezliklə yeni qatlana bilən qapaqlı Xiaomi MIX Flip 2 smartfonunu təqdim etməyə hazırlaşır. Bu smartfon haqqında bəzi detallar artıq məlumdur.
    redmi-ve-poco-brendlerini-ehate-eden-9-eded-smartfonun-resmi-desteyi-dayandirilib
    Cihazlar+

    REDMI və POCO brendlərini əhatə edən 9 ədəd smartfonun rəsmi dəstəyi dayandırılıb

    Xiaomi şirkəti REDMI və POCO brendlərini əhatə edən bəzi smartfonların rəsmi dəstəklərini dayandırıb. Belə ki, bu brendləri əhatə edən 9 ədəd smartfon şirkətin EoS (End of Support) siyahısına daxil edilib.