main-post-cover

    Redmi Note 10-nun real fotoları ortaya çıxıb

    Cihazlar+
    04.09.2020
    Emil Nəcəfov
        İnternetdə Redmi Note 10 smartfon modelinin real fotoları ortaya çıxıb. Çinin Weibo sosial şəbəkəsində ortaya çıxmış fotolarda smartfonun işlək vəziyyətdə olan ekranı və arxa panelindəki kameraları əks olunublar. Bu barədə Gizchina saytı xəbər verib. İşlək vəziyyətdə əks olunmuş ekran fotosuna əsasən smartfon 2.4 GHz tezlikdə çalışan prosessora sahib olacaq.
        Gözləntilərə əsasən söhbət, MediaTek Dimensity 800U və ya Qualcomm Snapdragon 765G-dən gedir. Bundan əlavə olaraq fotodan da görmək olar ki, smartfonun versiyalarından biri 8 GB RAM ilə təchiz olunacaq. Arxa paneldəki kameraların əks olunduğu fotodan belə qənaətə gəlmək olar ki, Redmi Note 10 modeli üçlü arxa kameraya sahib olacaq və onlardan biri 48 MP-lik olacaq. Bəzi məlumatlara əsasən Redmi Note 10-un təqdimatı yaxın həftələrdə baş tuta bilər.
    Linki kopyala