
Redmi Note 13 4G və Note 13 Pro 4G barəsində məlumatlar verilib
Cihazlar+
14.12.2023
Emil
İnsayderlərin vermiş olduqları məlumata əsasən Xiaomi-nin Redmi brendi qlobal bazarda Redmi Note 13 smartfonlarının 5G versiyaları ilə yanaşı bəzi modellərin 4G versiyalarını da təqdim etməyi planlaşdırır. Söhbət, Redmi Note 13 4G və Redmi Note 13 Pro 4G-dən gedir. İnsayderlər bu smartfonların texniki imkanlarını açıqlayıblar. Beləliklə məlumata əsasən Redmi Note 13 4G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym AMOLED ekranla təchiz olunacaq və ekran Gorilla Glass qoruyucu şüşəsi ilə əhatə olunacaq.
Smartfon Snapdragon 685 vasitəsilə çalışacaq və özündə 8/12 GB RAM-ı, 512 GB-a kimi daxili yaddaş həcmini və 108 MP + 8 MP + 2 MP üçlü arxa kameranı birləşdirəcək. Redmi Note 13 Pro 4G-yə gəldikdə isə o, Redmi Note 13 4G-nin ekranını əldə edəcək. Lakin Redmi Note 13 4G-dən fərqli olaraq Redmi Note 13 Pro 4G modeli MediaTek prosessoru vasitəsilə çalışacaq və 200 MP-lik əsas arxa kameraya sahib olacaq. Sözügedən smartfonların nə zaman təqdim olunacaqları bilinmir. Onların Redmi Note 13 smartfon seriyasının qlobal versiyası ilə birlikdə təqdim olunacaqları istisna deyil.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
