main-post-cover

    Redmi Note 13 4G və Redmi Note 13 Pro 4G-nin keyfiyyətli fotoları ortaya çıxıb

    Cihazlar+
    18.12.2023
    Emil Nəcəfov
         Keçən həftə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi özünün Redmi Note 13Redmi Note 13 Pro smartfonlarının 4G versiyalarını təqdim etməyə hazırlaşır. İndi isə internetdə Redmi Note 13 4G və Redmi Note 13 Pro 4G smartfonlarının keyfiyyətli render fotoları ortaya çıxıb. Fotolardan da görmək olar ki, smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyəcəklər. Hər iki smartfon yastı ekrana sahib olacaq və ekran üzərində kiçik dairəvi çıxıntı olacaq.
         Məlumata əsasən Redmi Note 13 4G modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym AMOLED ekranla təchiz olunacaq və Snapdragon 685 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon özündə 108 MP + 8 MP + 2 MP üçlü arxa kameranı birləşdirəcək. Redmi Note 13 Pro 4G-yə gəldikdə isə o, Redmi Note 13 4G-nin ekranını əldə edəcək və MediaTek Helio G99 prosessoru vasitəsilə çalışacaq. Redmi Note 13 4G-dən fərqli olaraq Redmi Note 13 Pro 4G modeli 200 MP-lik əsas arxa kameraya sahib olacaq. Sözügedən smartfonların yaxın zamanda təqdim olunacaqları gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi-nin 70 smartfonu HyperOS-i əldə edəcək
    redmi-nin-70-smartfonu-hyperos-i-elde-edecek
    Redmi Note 13 4G və Note 13 Pro 4G barəsində məlumatlar verilib
    redmi-note-13-4g-ve-note-13-pro-4g-baresinde-melumatlar-verilib
    Redmi Note 13 Pro+ smartfonunun qlobal versiyası təsdiqlənib
    redmi-note-13-pro-smartfonunun-qlobal-versiyasi-tesdiqlenib
    Redmi Note 13 smartfojn seriyasının qlobal versiyasının təqdimatı anons edilib
    redmi-note-13-smartfojn-seriyasinin-qlobal-versiyasinin-teqdimati-anons-edilib
    Redmi 12R smartfonu təqdim edilib - QİYMƏTİ
    redmi-12r-smartfonu-teqdim-edilib-qiymeti