main-post-cover

    Redmi Note 13-ün qlobal versiyası köhnə prosessor ilə təchiz oluna bilər

    Cihazlar+
    24.10.2023
    Emil Nəcəfov
         Xiaomi-nin Redmi brendi sentyabr ayında Çində Redmi Note 13 smartfon seriyasını təqdim etdi. İndi isə sözügedən smartfon seriyasının qlobal versiyasının təqdimatına hazırlıqlar gedir. Ortaya çıxmış yeni məlumata əsasən seriyaya daxil olan adi Redmi Note 13 modeli smartfonlarda prosessora önəm verən istifadəçiləri məyus edə bilər. Belə ki, məlumata əsasən Redmi Note 13 modelinin qlobal versiyası Snapdragon 685 prosessorunu əldə edə bilər. Qeyd etmək lazımdır ki, sözügedən prosessora Redmi Note 12 sahibdir. Redmi Note 13-ün Çində satılan versiyası isə nisbətən yeni prosessor olan MediaTek Dimensity 6080 vasitəsilə çalışır. Bununla belə insayderlər bildiriblər ki, Snapdragon 685-i Redmi Note 13-ün qlobal bazarda yalnız 4G versiyası əldə edəcək. Smartfonun qlobal bazarda 5G versiyasının hansı prosessoru əldə edəcəyi isə bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi Watch S3 smart saatı barəsində məlumatlar ortaya çıxıb
    xiaomi-watch-s3-smart-saati-baresinde-melumatlar-ortaya-cixib
    Xiaomi 14-ün ardınca Xiaomi 14 Pro da Geekbench testlərindən keçib
    xiaomi-14-un-ardinca-xiaomi-14-pro-da-geekbench-testlerinden-kecib
    Xiaomi 14 təqdimata az qalmış Geekbench testlərindən keçib
    xiaomi-14-teqdimata-az-qalmis-geekbench-testlerinden-kecib
    Xiaomi Mini PC 2023 adlı yeni kompakt ölçülü kompüter təqdim edilib - QİYMƏTİ
    xiaomi-mini-pc-2023-adli-yeni-kompakt-olculu-komputer-teqdim-edilib-qiymeti
    Xiaomi 14-ün rəsmi render fotoları təqdim edilib
    xiaomi-14-un-resmi-render-fotolari-teqdim-edilib