Redmi Note 13R smartfonu təqdim edilib - QIYM'TI
Cihazlar+
17.05.2024
Emil Nəcəfov
Xiaomi-nin Redmi brendi daha öncə heç bir anons etmədən Çində Redmi Note 13R smartfonunu təqdim edib. Redmi Note 13 smartfon seriyasının bu yeni modeli yüksək təsvir yenilənməsinə sahib böyük ölçülü ekranı və Qualcomm-un giriş seqmentinə aid olan prosessorunu əldə edib. Beləliklə Redmi Note 13R smartfonu 30 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2460х1080 piksel keyfiyyətli 6.79 düym LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 550 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
Smartfon üstəlik özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi də birləşdirir. Redmi Note 13R 4 nanometrlik Snapdragon 4 Gen 2 Advanced Edition prosessoru vasitəsilə çalışır və özündə 6/8/12 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə Redmi Note 13R 18 vatt gücündə sürətli şarj texnologiyalı 5030 mAh enerji tutumlu batareyaya sahibdir. Redmi Note 13R artıq Çində satışa çıxıb. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Smartfonun Çin bazarındakı qiymətləri aşağıdakı kimidir.
- 6 GB RAM + 128 GB yaddaş - 195$
- 8 GB RAM + 128 GB yaddaş - 220$
- 8 GB RAM + 256 GB yaddaş - 250$
- 12 GB RAM + 256 GB yaddaş - 280$
- 12 GB RAM + 512 GB yaddaş - 305$.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Redmi K70 Ultra flaqman smartfonu sertifikatlaşdırmadan keçib
Redmi K70 Ultra flaqman smartfonu sertifikatlaşdırmadan keçib
Xiaomi-nin Redmi brendi keçən ilin sonunda Redmi K70 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya Redmi K70, K70 Pro və K70E modelləri daxil oldular. İndi isə Redmi brendi Redmi K70 smartfon seriyasının növbəti modeli üzərində çalışır.
Xiaomi artıq elektrikli krossover üzərində çalışır
Xiaomi artıq elektrikli krossover üzərində çalışır
Xiaomi şirkəti mart ayının sonunda özünün SU7 adlı elektromobilinin satışlarına start verdi. Satışlara start veriləndən sonra satış göstəriciləri şirkətin gözləntilərindən də yuxarı olub.
Təqdimata hazırlaşan POCO F6-nın hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə məlum olub
Təqdimata hazırlaşan POCO F6-nın hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə məlum olub
Xiaomi-nin POCO brendi dünən POCO F6 subflaqman smartfonunun təqdimatını anons etdi.
POCO F6 subflaqman smartfonun təqdimatı anons edilib
POCO F6 subflaqman smartfonun təqdimatı anons edilib
Bir neçə ay ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Xiaomi-nin POCO brendi sonunda POCO F6 smartfonunun təqdimatını anons edib.
Qatlana bilən qapaqlı Xiaomi Mix Flip-in render fotosu və texniki göstəriciləri təqdim edilib
Qatlana bilən qapaqlı Xiaomi Mix Flip-in render fotosu və texniki göstəriciləri təqdim edilib
Xiaomi şirkəti hal-hazırda ilk qatlana bilən qapaqlı smartfonu üzərində çalışır. Sözügedən smartfonun Xiaomi Mix Flip adlanacağı güman edilir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!