
Redmi Note 14 Pro barəsində ilk məlumatlar verilib
Cihazlar+
27.05.2024
Emil
Xiaomi-nin Redmi brendi hər il Redmi Note seriyasını yeniləyir. Keçən il Redmi Note 13 seriyası təqdim olunmuşdu. Bu il isə Redmi Note 14 seriyası gözlənilir. İndi isə sözügedən yeni smartfon seriyası barəsində ilk məlumatlar təqdim edilib. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumatlara əsasən Redmi brendi çox güman ki, Redmi Note 14 smartfon seriyasında əsas diqqətini kamera imkanlarına və dəbli dizayna ayıracaq. İnsayder bildirib ki, Redmi Note 14 seriyasına daxil olacaq modellərdən biri yüksək təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli AMOLED ekranı əldə edəcək və Qualcomm-un SM7635 model nömrəsinə sahib prosessorunu əldə edəcək.
Söhbət Snapdragon 7s Gen 3 prosessorundan gedir. Məlumatlarda bu smartfon modelinin adı qeyd edilməsə də çox güman ki, söhbət, Redmi Note 14 Pro-dan gedir. Belə ki, keçən ilki Redmi Note 13 Pro modeli Snapdragon 7s Gen 2 prosessoru vasitəsilə çalışır. Bununla yanaşı məlumatda qeyd edilib ki, Redmi Note 14 Pro smartfonu 5000 mAh-dan daha yüksək həcmli batareyaya sahib ola bilər. Redmi Note 14 smartfon seriyasının bu ilin ikinci rübündə Çində təqdim olunacağı gözlənilir. Qlobal bazarda isə təqdimat çox güman ki, 2025-ci ilin əvvəlində baş tutacaq.
Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
