
Redmi Note 14 Pro+ smartfonu barəsində ilk məlumatlar verilib
Cihazlar+
26.12.2023
Emil
Xiaomi-nin Redmi brendi hal-hazırda Redmi Note 13 smartfonlarının qlobal versiyalarının təqdimatlarına hazırlaşır. Lakin gələn ilin payız fəslində təqdim olunacağı gözlənilən Redmi Note 14 smartfon seriyasının modellərindən biri barəsində artıq indidən məlumat verilib. Söhbət, Redmi Note 14 Pro+ modelindən gedir. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Redmi brendi Redmi Note 14 Pro+ smartfonunun 50 MP-lik periskop kameraya sahib prototipini test edir. Qeyd etmək lazımdır ki, hətta Xiaomi 14 Pro belə bu cür kameraya sahib deyil. Bununla yanaşı insayder qeyd edib ki, Redmi Note 14 Pro+ modelinin prototipi 1.5K keyfiyyətli ekrana sahibdir və ekranın kənar hissələri əyilmiş dizaynda reallaşdırılıb.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
