
Redmi Note 14 Pro+ smartfonunun yeni rəsmi fotoları təqdim edilib
Cihazlar+
20.09.2024
Emil
Xiaomi-nin Redmi brendi artıq gələn həftə Redmi Note 14 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də Redmi Note 14 Pro+ olacaq. İndi isə Redmi brendi bu modelin yeni rəsmi fotolarını təqdim edib. Təqdim edilmiş render fotolar sayəsində Redmi Note 14 Pro+ smartfonunu həm ön həm də arxa paneldən qiymətləndirmək olar. Beləliklə təqdim edilmiş fotolara əsasən smartfon kənarları bir qədər əyilmiş dizayna sahib ekranı əldə edəcək və onun arxa panelində dairəvi formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 3 ədəd kamera ilə LED işıqlandırma olacaq. Gözləntilərə əsasən smartfonun əsas arxa kamerası 50 MP-lik olacaq və o, optik stabilizasiya özəlliyini əldə edəcək. Ekran üzərində dairəvi formalı kiçik çıxıntı hissə olacaq.



Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
