
Redmi Note 14 seriyası barəsində bir rəsmi məlumat verilib
Cihazlar+
10.09.2024
Emil
Xiaomi-nin Redmi brendi yaxın zamanda Redmi Note 14 smartfon seriyasını təqdim edəcək. İndi isə Redmi brendinin prezidenti Wang Thomas təqdimata hazırlaşan Redmi Note 14 smartfonları barəsində bir məlumatı bölüşüb. Onun sözlərinə əsasən Redmi Note 14 smartfonlarının gövdələri IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaqlar. Çox güman ki, söhbət, yalnız Note 14 Pro+ modelindən gedir.
Belə ki, keçən il təqdim edilmiş Redmi Note 13 smartfonları arasında bu özəlliyə yalnız Redmi Note 13 Pro+ modeli sahib idi. Adi Redmi Note 13 və Redmi Note 13 Pro modelləri isə IP54 standartı üzrə sudan qorunma özəlliyini əldə etmişdilər. Lakin digər tərəfdən yaxın zamanda təqdimatları gözlənilən bütün Redmi Note 14 modellərinin də IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaqlarını istisna etmək olmaz. Bununla yanaşı Redmi Note 14 smartfonlarında batareya həcmlərinin yüksəlməsini də gözləmək olar.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
