Logo
    main-post-cover

    Redmi Note 14 smartfon seriyasının qlobal versiyasının təqdimatı anons edilib

    Cihazlar+
    06.01.2025
    Emil
         Xiaomi-nin REDMI brendi keçən ilin sentyabr ayında Çində REDMI Note 14 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya REDMI Note 14, Note 14 ProNote 14 Pro+ modelləri daxil oldular. İndi isə REDMI brendi sözügedən smartfonların qlobal versiyalarının nə zaman təqdim olunacaqlarını rəsmi şəkildə elan edib. Beləliklə brend tərəfindən təqdim edilmiş posterə əsasən REDMI Note 14 smartfon seriyasının qlobal versiyası 10 yanvar tarixində təqdim olunacaq. Çox güman ki, seriyanın qlobal versiyasına da eyni modellər daxil olacaqlar. Heç istisna deyil ki, həmin tarixdə həmçinin smartfonların 4G versiyaları da təqdim olunsun 
    Paylaş