Logo
    main-post-cover

    Redmi Note 14 smartfon seriyasının təqdimat müddəti rəsmi şəkildə açıqlanıb

    Cihazlar+
    13.09.2024
    Emil
         Xiaomi-nin Redmi brendi Redmi Note 14 smartfon seriyasının təqdimatını rəsmi şəkildə anons edib. Bu yeni smartfon seriyasının dəqiq təqdimat tarixi açıqlanmasa da qeyd edilib ki, təqdimat bu ay baş tutacaq. Qeyd etmək lazımdır ki, keçən il Redmi Note 13 smartfonları da sentyabr ayında təqdim olunmuşdu. Bundan əlavə olaraq Redmi bu il Redmi Note seriyasının 10 illiyini qeyd edir. Bu münasibətlə Xiaomi şirkətinin CEO-su Lei Jun bildirib ki, Redmi Note seriyasının 10 il müddətində mövcudluğu çərçivəsində şirkət bu seriyanın 420 milyondan çox smartfonunu satıb. Qeyd etmək lazımdır ki, Redmi Note 14 smartfon seriyasına minimum 3 model daxil olacaq. Redmi Note 14, Redmi Note 14 ProRedmi Note 14 Pro+. Gözləntilərə əsasən adi Redmi Note 14 Pro modeli Snapdragon 7s Gen 3 prosessoru, Redmi Note 14 Pro+ modeli isə Dimensity 7350 prosessoru vasitəsilə çalışacaq.
    Paylaş