main-post-cover

    Redmi Note 14-ün vacib özəlliklərindən biri məlum olub

    Cihazlar+
    07.08.2024
    Emil Nəcəfov
          Xiaomi-nin Redmi brendi yaxın aylar ərzində Redmi Note 14 smartfon seriyasını təqdim etməlidir. İndi isə məlum olub ki, bu seriyaya daxil olacaq adi Redmi Note 14 modeli Çinin 3C adlı sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçib. Bunun sayəsində smartfonun vacib özəlliklərindən biri məlum olub. Beləliklə 3C sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında qeyd edilib ki, Redmi Note 14 smartfonu 24094RAD4C model nömrəsinə sahibdir.
          Həmçinin məlumatlar bazasında qeyd edilib ki, bu yeni smartfon 45 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Redmi Note 13 smartfonu 33 vatt gücündə sürətli şarj texnologiyasını özündə birləşdirir. Adi Redmi Note 14-ün hansı prosessor vasitəsilə çalışacağı hələ bilinməsə də çox güman ki, bu, MediaTek-in Dimensity seriyasına daxil olan modellərindən biri olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 14T smartfonu Geekbench testlərindən keçib
    xiaomi-14t-smartfonu-geekbench-testlerinden-kecib
    Redmi A27U monitoru təqdim edilib - QİYMƏTİ
    redmi-a27u-monitoru-teqdim-edilib-qiymeti
    Xiaomi telefonları, gizli kameraları aşkarlaya biləcək!
    xiaomi-telefonlari-gizli-kameralari-askarlaya-bilecek
    Xiaomi smartfonlarındakı reklamları bir kliklə deaktiv etmək mümkün olmayacaq
    xiaomi-smartfonlarindaki-reklamlari-bir-klikle-deaktiv-etmek-mumkun-olmayacaq
    Büdcəli POCO Buds X1 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    budceli-poco-buds-x1-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti