Logo
    main-post-cover

    REDMI öz loqosunu dəyişib və yeni smartfon seriyası üzərində çalışdığını elan edib

    Cihazlar+
    25.11.2024
    Emil
         Xiaomi-nin REDMI brendi öz yeni loqosunu təqdim edib. Daha əvvəlki loqodan fərqli olaraq yeni loqo çərçivəsində brendin adındaki bütün hərflər böyük yazılıb. Yəni REDMI. Xiaomi-nin prezidenti Lu Weibing-in sözlərinə əsasən loqonun yenilənməsi REDMI-nin dərin strateji transformasiyasını əks etdirir. Bu transformasiya məhsul çeşidinin genişləndirilməsinə və bazardakı mövqelərin möhkəmləndirilməsinə istiqamətlənib. Bundan əlavə olaraq məlumata əsasən REDMI brendi Turbo adlı yeni smartfon seriyasını hazırlayır. Bu yeni smartfon seriyası Redmi K seriyasını əvəzləyəcək. Redmi K seriyası isə öz növbəsində birbaşa yüksək səviyyəli flaqman smartfonlarla rəqabət aparacaq.
    Paylaş