Logo
    main-post-cover

    Redmi Pad SE 4G planşetinin təqdimatı anons edilib

    Cihazlar+
    17.07.2024
    Emil
         Xiaomi-nin Redmi brendi keçən ilin sonunda Redmi Pad SE planşetini təqdim etmişdi. İndi isə Redmi brendi onun 4G versiyasının təqdimatına hazırlaşır. Belə ki, Redmi Pad SE 4G-nin təqdimatı anons edilib. Redmi tərəfindən təqdim edilmiş posterə əsasən bu yeni planşet 29 iyul tarixində təqdim ediləcək. Posterdən də görmək olar ki, Redmi Pad SE 4G planşeti ön paneldən qalın ekran ətrafı çərçivəni əldə edəcək və onun arxa panelində dairəvi formalı kamera sahəsi yerləşəcək.
         Keçən ilki Redmi Pad SE-dən fərqli olaraq Redmi Pad SE 4G daha kiçik ölçülü ekranı əldə edəcək. Belə ki, keçən ilki Redmi Pad SE modeli 11 düym ölçülü ekrana sahib olduğu halda Redmi Pad SE 4G modeli 8.7 düym ölçülü ekrana sahib olacaq. Bununla yanaşı yeni planşetin 128 GB daxili yaddaş həcmini, 8 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı əldə edəcəyi gözlənilir.
    Paylaş