
REDMI qlobal bazarda yeni smartfonunun təqdimatına hazırlaşır
Cihazlar+
24.12.2024
Emil
Xiaomi-nin REDMI brendi yaxın zamanda qlobal bazarda yeni smartfonunu təqdim edəcəyini rəsmi şəkildə təsdiqləyib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən təqdim olunacaq yeni smartfonun arxa panelində böyük ölçülü dairəvi kamera sahəsi yerləşəcək. Posterdə qeyd edilib ki, yeni smartfon 2025-ci ildə təqdim olunacaq. Çox güman ki, bu, gələn ilin əvvəlində baş tutacaq. Smartfonun yanvar ayında təqdim olunacağı da istisna edilmir. Bəzi insayderlərin sözlərinə əsasən söhbət, REDMI 14C 5G smartfonundan gedir.

Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
