
REDMI Turbo 4 Pro smartfonu 7000 mAh-dan daha böyük həcmdə batareyanı əldə edə bilər
Cihazlar+
26.12.2024
Emil
MediaTek şirkətinin Dimensity 8400 adlı yeni subflaqman prosessorunun təqdimatı çərçivəsində qonaq qismində iştirak etmiş REDMI brendi artıq təsdiqləyib ki, yaxın zamanda təqdim olunacaq REDMI Turbo 4 smartfonu Dimensity 8400 Ultra prosessoru vasitəsilə çalışacaq. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder təqdimata hazırlaşan bu yeni smartfonun Pro modeli barəsində yeni təfərrüatları təqdim edib.
Beləliklə insayderin sözlərinə əsasən REDMI Turbo 4 Pro smartfonu 90 vatt gücündə sürətli şarj texnologiyalı 7500 mAh enerji tutumlu batareyaya sahib ola bilər. Bununla yanaşı insayder bildirib ki, bu yeni smartfon nisbətən nazik gövdəni və yastı ekranı əldə edəcək. Gözləntilərə əsasən REDMI Turbo 4 Pro smartfonu hələ təqdim olunmamış Snapdragon 8s Elite prosessoru vasitəsilə çalışacaq.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
