main-post-cover

    REDMI Turbo 4 smartfonu sertifikatlaşdırmadan keçib

    Cihazlar+
    25.11.2024
    Emil Nəcəfov
         Biz biraz əvvəl xəbər verdik ki, REDMI brendi öz loqosunu dəyişib və bundan sonra bu brendin adındakı bütün hərflər böyük yazılacaq. Bununla yanaşı məlum oldu ki, REDMI brendi Turbo adlı yeni smartfon seriyası üzərində çalışır və o, REDMI K seriyasını əvəz edəcək. İndi məlum olub ki, bu seriyanın smartfonlarından biri sertifikatlaşdırmadan keçib. Söhbət, REDMI Turbo 4-dən gedir. Smartfon Çinin 3C adlı sertifikatlaşdırma agentliyində 24129RT7CC model nömrəsi ilə qeydiyyatdan keçib.
         Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində REDMI Turbo 4 barəsində bəzi təfərrüatları təqdim edib. Onun sözlərinə əsasən smartfon 1.5K keyfiyyətli ekranla təchiz olunacaq və özündə 90 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Prosessor məsələsinə gəldikdə isə smartfon MediaTek Dimensity 8400 vasitəsilə çalışa bilər. Gözləntilərə əsasən bu yeni seriyaya üstəlik REDMI Turbo 4 Pro modeli də daxil olacaq. Onun isə Snapdragon 8s Gen 4 prosessorunu əldə edəcəyi gözlənilir. REDMI Turbo 4 seriyasının bu ilin sonuna kimi təqdim olunacağı istisna deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    REDMI öz loqosunu dəyişib və yeni smartfon seriyası üzərində çalışdığını elan edib
    redmi-oz-loqosunu-deyisib-ve-yeni-smartfon-seriyasi-uzerinde-calisdigini-elan-edib
    Təqdimata hazırlaşan Redmi Watch 5 smart saatı barəsində rəsmi təfərrüatlar təqdim edilib
    teqdimata-hazirlasan-redmi-watch-5-smart-saati-baresinde-resmi-teferruatlar-teqdim-edilib
    Xiaomi-nin növbəti elektromobili gələn ilin birinci rübü çərçivəsində təqdim edilə bilər
    xiaomi-nin-novbeti-elektromobili-gelen-ilin-birinci-rubu-cercivesinde-teqdim-edile-biler
    Redmi Watch 5 smart saatının təqdimatı anons edilib
    redmi-watch-5-smart-saatinin-teqdimati-anons-edilib
    Redmi Buds 6 Pro naqilsiz qulaqlığının təqdimatı anons edilib
    redmi-buds-6-pro-naqilsiz-qulaqliginin-teqdimati-anons-edilib