REDMI Turbo 4 smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
06.01.2025
Emil
Xiaomi-nin REDMI brendi daha öncə də söz vermiş olduğu kimi REDMI Turbo 4 smartfonunu təqdim edib. REDMI brendinin yeni ildə təqdim etmiş olduğu bu ilk smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə REDMI Turbo 4 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.67 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3200 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.
Smartfonun gövdəsi IP66/68/69 standartları üzrə sudan qorunma özəlliyinə sahibdir. REDMI Turbo 4 smartfonu MediaTek şirkətinin Dimensity 8400 Ultra adlı yeni prosessoru vasitəsilə çalışır və 8/12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 8 MP ikili arxa kameraya və 20 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə REDMI Turbo 4 smartfonu 90 vatt gücündə sürətli şarj texnologiyalı 6550 mAh enerji tutumlu batareyanı özündə birləşdirir. Smartfon artıq Çində satışa çıxıb və onun qiyməti 300$-dan start götürür. Qlobal bazarda bu yeni smartfon POCO brendi altında bu ay ərzində təqdim olunmalıdır.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Xiaomi MIX Flip 2 gözlənildiyindən daha tez təqdim oluna bilər
Xiaomi şirkəti gələn il qatlana bilən qapaqlı Xiaomi MIX Flip 2 smartfonunu təqdim etməlidir. Bir neçə gün bundan öncə məlum oldu ki, bu smartfonun qlobal versiyası artıq Avropa İqtisadi Komissiyasında sertifikasiya qeydiyyatından keçib.
Elm & Texnologiya
Xiaomi öz superkompüterini hazırlayır
Xiaomi artıq öz məhsullarında aktiv şəkildə süni zəka texnologiyalarından istifadə edir. Lakin uzunmüddətli perspektivdə şirkət məhsullarındakı süni zəka funksiyaların sayı daha da artacaq və onlar daha keyfiyyətli olacaqlar.
Cihazlar+
Təqdimata hazırlaşan REDMI Turbo 4 smartfonu Geekbench testlərindən keçib
Xiaomi-nin REDMI brendi yanvar ayının əvvəlində REDMI Turbo 4 smartfonunu təqdim edəcək. Artıq rəsmi şəkildə təsdiqlənib ki, bu yeni smartfon MediaTek şirkətinin Dimensity 8400 Ultra adlı yeni prosessoru vasitəsilə çalışacaq.
Cihazlar+
Qlobal bazar üçün REDMI 14C 5G smartfonunun təqdimatı anons edilib
REDMI brendi bir neçə gün bundan öncə elan etdi ki, o, qlobal bazarda yeni smartfonunu təqdim etməyə hazırlaşır. Lakin brend təqdim ediləcək yeni smartfonun adını və təqdimat tarixini açıqlamadı. İndi isə REDMI bu elanı edib.
Cihazlar+
Qatlana bilən qapaqlı Xiaomi MIX Flip 2 qlobal bazarda da satışa çıxacaq
Xiaomi şirkəti iyul ayında ilk qatlana bilən qapaqlı smartfonu Xiaomi MIX Flip-i təqdim etmişdi. Smartfonun qlobal versiyası isə sentyabr ayında təqdim olundu.
Ən çox oxunanlar