
Redmi Turbo 4-ün mümkün təqdimat müddəti açıqlanıb
Cihazlar+
15.11.2024
Emil
Xiaomi-nin Redmi brendi bu ay ərzində Redmi K80 və K80 Pro smartfonlarını təqdim etməlidir. Lakin bununla yanaşı Redmi Turbo 4 smartfonu da təqdimata hazırlaşır. İnsayderlər Redmi Turbo 4-ün nə zaman təqdim olunacağını və bəzi texniki göstəricilərini açıqlayıblar. Beləliklə onların sözlərinə əsasən Redmi Turbot 4 smartfonu artıq dekabr ayında təqdim olunacaq.
Məlumata əsasən sözügedən smartfon 1.5K keyfiyyətli ekranı əldə edəcək və özündə 90 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Smartfonun hansı prosessor vasitəsilə çalışacağı açıqlanmayıb. Bununla yanaşı insayderlərin sözlərinə əsasən Redmi Turbo 4 üstəlik qlobal bazarda da satışa çıxacaq. Lakin qlobal bazarda smartfon POCO brendi altında satılacaq və onun adı POCO F7 olacaq.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
