
REDMI Turbo 4-ün render fotosu ortaya çıxıb
Cihazlar+
18.12.2024
Emil
Xiaomi-nin REDMI brendi yaxın zamanda REDMI Turbo 4 smartfonunu təqdim etməlidir. İndi isə internetdə sözügedən smartfonun ilk render fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoya əsasən bu yeni smartfon yastı gövdə dizaynını əldə edəcək. Fotoya əsasən smartfon özündə nazik ekran ətrafı çərçivələri və ekran üzərində kiçik dairəvi çıxıntını birləşdirəcək. Fotodan da görmək olar ki, REDMI Turbo 4-ün arxa panelində iki ədəd kamera yerləşəcək. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən REDMI-nin bu yeni smartfonu 1.5K keyfiyyətli ekranla təchiz olunacaq və MediaTek Dimensity 8400 prosessoru vasitəsilə çalışacaq.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
