
Redmi Watch 4, Redmi Buds 5 və Redmi Buds 5 Pro-nun qlobal versiyaları təqdimata hazırlaşırlar
Cihazlar+
07.01.2024
Emil
Biraz əvvəl xəbər verdik ki, Redmi brendi Redmi Note 13 smartfon seriyasının qlobal versiyasını 15 yanvar tarixində təqdim edəcək. İndi isə məlum olub ki, həmin tarixdə təkcə Redmi Note 13 seriyasının qlobal versiyası təqdim olunmayacaq. Belə ki, Redmi brendi 15 yanvar tarixində qlobal bazarda həmçinin Redmi Watch 4 smart saatını, Redmi Buds 5 və Buds 5 Pro naqilsiz qulaqlıqlarını da təqdim edəcək. Qeyd etmək lazımdır ki, adları sadalanmış bu cihazlar artıq müəyyən müddətdir ki, Çin bazarında satışdadırlar.



Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
