
Redmi Watch 5 Active smart saatı təqdim edilib - QİYMƏTİ
Cihazlar+
27.08.2024
Emil
Xiaomi-nin Redmi brendi öz yeni smart saatını təqdim edib. Yeni smart saat Redmi Watch 5 Active adlanır. Smart saat kvadrat formalı gövdəyə sahibdir və gövdənin özü IPX8 standartı üzrə sudan qorunur. Redmi Watch 5 Active 385x320 piksel keyfiyyətli 2 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir. Smart saat 140-dan çox idman rejimini dəstəkləyir və üstəlik ürək döyüntüləri tezlikləri ilə qandakı oksigen miqdarını ölçə bilir.

Smart saat 470 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Redmi-nin sözlərinə əsasən bu batareya sayəsində Redmi Watch 5 Active 18 gün ərzində çalışa bilir. Smart saatın digər özəllikləri arasında Bluetooth vasitəsilə zənglərin edilməsi imkanı və Amazon Alexa səsli köməkçisinin dəstəyi var. Smart saat HyperOS vasitəsilə çalışır. Redmi Watch 5 Active 3 sentyabr tarixində satışa çıxacaq və hələ ki, Hindistanda satılacaq. Onun Hindistan bazarındakı qiyməti 33$ təşkil edəcək.
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Xiaomi gələn il 5G dəstəkli yeni mobil prosessorunu təqdim edə bilər
İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Xiaomi şirkəti öz yeni mobil prosessoru üzərində çalışır.

Cihazlar+
Xiaomi heç bir fiziki düyməyə sahib olmayacaq smartfon üzərində çalışır
Dünən məlumat ortaya çıxdı ki, Xiaomi şirkəti Samsung və Huawei kimi özünün 3 qat qatlana bilən smartfonu üzərində çalışır.

Cihazlar+
Xiaomi 3 qat qatlana bilən smartfon üzərində çalışır
Huawei şirkətinin yaxın zamanda yeni qeyri-adi qatlana bilən smartfonunu təqdim edəcəyi gözlənilir.

Cihazlar+
Təqdimata hazırlaşan büdcəli Redmi 14C 4G-nin hansı prosessoru əldə edəcəyi açıqlanıb
Xiaomi-nin Redmi brendi 31 avqust tarixində Redmi 14C 4G adlı yeni büdcəli smartfonunu təqdim edəcək.

Cihazlar+
Redmi Watch 5 Active smart saatının təqdimatı anons edilib
Xiaomi-nin Redmi brendi öz yeni smart saatının təqdimatını anons edib. Söhbət, Redmi Watch 5 Active-dən gedir.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
