
Redmi Watch 5 Active smart saatının təqdimatı anons edilib
Cihazlar+
23.08.2024
Emil
Xiaomi-nin Redmi brendi öz yeni smart saatının təqdimatını anons edib. Söhbət, Redmi Watch 5 Active-dən gedir. Brend tərəfindən təqdim edilmiş posterə əsasən bu yeni smart saat 27 avqust tarixində təqdim ediləcək. Redmi həmçinin bildirib ki, Redmi Watch 5 Active smart saatı 2 düym ölçülü OLED ekranı əldə edəcək və özündə 140 ədəd idman rejimini birləşdirəcək. Bununla yanaşı smart saat Bluetooth vasitəsilə telefon zəngləri özəlliyini dəstəkləyəcək. Bu yeni smart saat üstəlik Amazon Alexa səsli köməkçisinə sahib olacaq. Gözləntilərə əsasən Redmi Watch 5 Active bir dəfə şarj olunandan sonra 18 gün ərzində çalışa biləcək.

Paylaş
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
