Logo
    main-post-cover

    REDMI Watch 5-in qlobal versiyası təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    13.01.2025
    Emil
         Xiaomi-nin REDMI brendi keçən ilin noyabr ayında Çində REDMI Watch 5 smart saatını təqdim etmişdi. İndi isə sözügedən smart saatın qlobal versiyası təqdim edilib. REDMI Watch 5 kvadrat formalı gövdəni əldə edib. Gövdənin özü və naviqasiya düyməsi paslanmaz poladdan, gövdə ətrafı çərçivə isə alüminium ərintisindən hazırlanıb. Smart saatın gövdəsi 5ATM standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Bu isə o deməkdir ki, onun gövdəsi 50 metr su dərinliyinə tab gətirə bilir.
         Smart saat 514x432 piksel keyfiyyətli 2.07 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1500 nit təşkil edir və o, Always-on-Display funksiyasını dəstəkləyir. REDMI Watch 5 ürək döyüntüləri tezliklərini, qandakı oksigen miqdarını ölçə və yuxu keyfiyyətini monitorinq edə bilir. Bununla yanaşı smart saat 150-dən çoix idman rejimini dəstəkləyir. REDMI Watch 5 özündə eSIM dəstəyini, NFC Bluetooth 5.3-ü birləşdirir. Smart saat 550 mAh enerji tutumlu batareya ilə təchiz olunub. REDMI-nin sözlərinə əsasən bunun sayəsində smart saat 24 gün ərzində çalışa bilir. Smart saat 15 yanvar tarixində satışa çıxacaq və onun qiyməti 110$ təşkil edəcək.
    Paylaş