
REDMI Watch 5 smart saatı təqdim edilib - QİYMƏTİ
Cihazlar+
27.11.2024
Emil
REDMI brendi REDMI K80 smartfonları və REDMI Buds 6 Pro naqilsiz qulaqlığı ilə yanaşı büdcəli REDMI Watch 5 smart saatını da təqdim edib. REDMI Watch 5 kvadrat formalı gövdəni əldə edib. Gövdənin özü və naviqasiya düyməsi paslanmaz poladdan, gövdə ətrafı çərçivə isə alüminium ərintisindən hazırlanıb. Onun gövdəsi 50 metr su dərinliyinə tab gətirə bilir. Smart saat 514x432 piksel keyfiyyətli 2.07 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1500 nit təşkil edir və o, Always-on-Display funksiyasını dəstəkləyir.
REDMI Watch 5 ürək döyüntüləri tezliklərini, qandakı oksigen miqdarını ölçə və yuxu keyfiyyətini monitorinq edə bilir. Bununla yanaşı smart saat 150-dən çoix idman rejimini dəstəkləyir. REDMI Watch 5 özündə eSIM dəstəyini, NFC və Bluetooth 5.3-ü birləşdirir. Smart saat 550 mAh enerji tutumlu batareya ilə təchiz olunub. REDMI-nin sözlərinə əsasən bunun sayəsində smart saat 24 gün ərzində çalışa bilir. REDMI Watch 5 artıq Çində satışa çıxıb və onun qiyməti 82$ təşkil edir.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
