
Redmi yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır
Cihazlar+
22.12.2023
Emil
Redmi şirkəti özünün yeni büdcəli smartfonunun təqdimatına hazırlaşır. Söhbət, Redmi A3-dən gedir. Sözügedən smartfonun NBTC adlı sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçdiyi məlum olub. Adətən yeni smartfonun bu cür prosesdən keçməsi onun yaxın zamanda təqdim olunacağına işarə edir. Təəssüflər olsun ki, sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Redmi A3-ün texniki göstəriciləri barəsində məlumat əks olunmayıb. Lakin məlumdur ki, Redmi-nin bu yeni büdcəli smartfonu yalnız 4G dəstəyinə sahib olacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
