main-post-cover

    RedmiBook 16 2024 noutbukunun sadələşdirilmiş versiyası təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    26.12.2023
    Emil Nəcəfov
         Xiaomi-nin Redmi brendi keçən ayın sonunda Redmi K70 smartfonu ilə birlikdə RedmiBook 16 2024 noutbukunu təqdim etmişdi. Sözügedən noutbuk 13-cü nəsil Intel Core H prosessoru vasitəsilə çalışır. İndi isə Redmi brendi RedmiBook 16 2024 noutbukunun yeni versiyasını təqdim edib. Təqdim edilmiş yeni model keçən ayın sonunda təqdim edilmiş modelin bir qədər sadələşdirilmiş versiyasıdır. RedmiBook 16 2024-ün sadələşdirilmiş versiyası 60 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfiyyətli 16 düym ekranla təchiz olunub və ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni əhatə edir və DC Dimming ilə Dolby Vision texnologiyalarını dəstəkləyir.
         RedmiBook 16 2024-ün standart versiyasından fərqli olaraq sadələşdirilmiş versiyası 12-ci nəsil Intel Core i5-12450H prosessoru vasitəsilə çalışır və özündə 56 vatt saat həcmində batareyanı birləşdirir. Bununla yanaşı noutbuk 16 GB RAM 512 GB/1 TB SSD ilə təchiz olunub. Noutbukun sadələşdirilmiş versiyası USB 2.0 (type-A), USB 3.2 Gen 1 (type-A), USB 3.2 Gen 2 (type-C), HDMI 2.1 girişlərinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahibdir. RedmiBook 16 2024-ün sadələşdirilmiş versiyası yaxın zamanda Çində satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı isə bilinmir. Noutbukun 512 GB-lıq SSD-yə sahib versiyası Çində 475$-a, 1 TB-lıq SSD-yə sahib versiyası isə 505$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi Note 14 Pro+ smartfonu barəsində ilk məlumatlar verilib
    redmi-note-14-pro-smartfonu-baresinde-ilk-melumatlar-verilib
    Redmi Note 13 smartfonlarının qlobal versiyaları qutudan HyperOS-i əldə etməyəcəklər
    redmi-note-13-smartfonlarinin-qlobal-versiyalari-qutudan-hyperos-i-elde-etmeyecekler
    Xiaomi 15-in batareya həcmi barəsində məlumat verilib
    xiaomi-15-in-batareya-hecmi-baresinde-melumat-verilib
    Xiaomi elektromobilinin əsasını təşkil edən platformanın təqdimatı anons edilib
    xiaomi-elektromobilinin-esasini-teskil-eden-platformanin-teqdimati-anons-edilib
    Xiaomi TV A50 adlı yeni büdcəli smart televizor təqdim edilib - QİYMƏTİ
    xiaomi-tv-a50-adli-yeni-budceli-smart-televizor-teqdim-edilib-qiymeti