RedmiBook Pro 14 2024 və RedmiBook Pro 16 2024 noutbukları təqdim edilib - QİYMƏTİ
Cihazlar+
22.02.2024
Emil Nəcəfov
Xiaomi-nin Xiaomi 14 Ultra və Xiaomi Pad 6S Pro təqdimatında Redmi brendi də iştirak edib. Belə ki, o öz yeni RedmiBook noutbuklarını təqdim edib. Söhbət, RedmiBook Pro 14 2024 və RedmiBook Pro 16 2024 noutbuklarından gedir. Bu noutbuklar ekran göstəriciləri baxımından fərqli olsalar da digər texniki göstəricilər baxımından demək olar eynidirlər. Beləliklə RedmiBook Pro 16 2024 noutbuku 165 Hz-lik təsvir yenilənməsinə sahib 3K keyfiyyətli 16 düym ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Noutbuk iki variantda təqdim edilib. Onlardan biri Intel Ultra 5 125H prosessoru, digəri isə Intel Ultra 7 155H prosessoru vasitəsilə çalışır.
Bununla yanaşı noutbuk özündə LPDDR5X standartlı 32 GB-lıq RAM-ı, 1 TB-lıq SSD-ni və 99 vatt saat batareya həcmini birləşdirir. Bunun sayəsində noutbuk 27 saat çalışa bilir. Üstəlik RedmiBook Pro 16 2024 noutbuku 140 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. RedmiBook Pro 14 2024 modelinə gəldikdə isə o, RedmiBook Pro 16 2024-dən sadəcə ekran və batareya göstəriciləri ilə fərqlənir. Digər texniki özəlliklər baxımından o, RedmiBook Pro 16 2024 ilə eynidir. Beləliklə RedmiBook Pro 14 2024 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli 14 düym ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir.
RedmiBook Pro 16 2024-dən fərqli olaraq RedmiBook Pro 14 2024 modeli 80 vatt saat batareya həcminə sahibdir. Bunun sayəsində noutbuk 30 saat ərzində çalışa bilir. Bununla yanaşı RedmiBook Pro 14 2024 modeli 100 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Soyutma sistemi qismində bu noutbuklarda iki ədəd pərdən və 3 ədəd istilik borusundan istifadə edilir. Noutbuklar USB-C, Thunderbolt 4, USB-A, HDMI 2.1 girişlərinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahibdirlər. RedmiBook Pro 14 2024 və RedmiBook Pro 16 2024 artıq Çində satışa çıxıblar. Onların satış qiymətləri aşağıdakı kimidir.
- RedmiBook Pro 16 2024 - Intel Ultra 5 125H/32 GB RAM/1 TB SSD - 834$
- RedmiBook Pro 16 2024 - Intel Ultra 7 155H/32 GB RAM/1 TB SSD - 973$
- RedmiBook Pro 14 2024 - Intel Ultra 5 125H/16 GB RAM/512 GB SSD - 695$
- RedmiBook Pro 14 2024 - Intel Ultra 5 125H/32 GB RAM/1 TB SSD - 764$
- RedmiBook Pro 14 2024 - Intel Ultra 7 155H/32 GB RAM/1 TB SSD - 903$.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi Pad 6S Pro planşeti təqdim olunub - QİYMƏTİ
Xiaomi Pad 6S Pro planşeti təqdim olunub - QİYMƏTİ
Xiaomi şirkəti Xiaomi 14 Ultra flaqman smartfonu ilə yanaşı Xiaomi Pad 6S Pro adlı yeni planşetini də təqdim edib.
Xiaomi 14 Ultra təqdim edilib - QİYMƏTİ
Xiaomi 14 Ultra təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti Çində Xiaomi 14 Ultra flaqman smartfonunu təqdim edib. Şirkətin bu yeni flaqman smartfonu parlaq ekranı, böyük həcmli batareyası, flaqman Snapdragon prosessoru və təkmilləşdirilmiş Leica optikaları ilə təmin olunmuş kameraları ilə seçilir.
Təqdimatdan bir gün qabaq Xiaomi 14 Ultra barəsində yeni rəsmi məlumatlar verilib
Təqdimatdan bir gün qabaq Xiaomi 14 Ultra barəsində yeni rəsmi məlumatlar verilib
Artıq sabah Çində Xiaomi 14 Ultra flaqman smartfonu təqdim ediləcək.
Xiaomi Civi 4 Geekbench testlərindən keçib
Xiaomi Civi 4 Geekbench testlərindən keçib
Xiaomi şirkətinin hazırladığı Xiaomi Civi 4 smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfonun bəzi texniki özəllikləri məlum olub.
RedmiBook Pro 14 (2024) və RedmiBook Pro 16 (2024) noutbukları təqdimata hazırlaşırlar
RedmiBook Pro 14 (2024) və RedmiBook Pro 16 (2024) noutbukları təqdimata hazırlaşırlar
Artıq məlumdur ki, 22 fevral tarixində Xiaomi şirkəti özünün Xiaomi 14 Ultra flaqman smartfonunu və Xiaomi Pad 6S Pro planşetini təqdim edəcək. Lakin təqdimat tədbirində Xiaomi-dən əlavə olaraq Redmi brendi də iştirak edəcək.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!