
RedmiBook Pro 14 (2024) və RedmiBook Pro 16 (2024) noutbukları təqdimata hazırlaşırlar
Cihazlar+
20.02.2024
Emil
Artıq məlumdur ki, 22 fevral tarixində Xiaomi şirkəti özünün Xiaomi 14 Ultra flaqman smartfonunu və Xiaomi Pad 6S Pro planşetini təqdim edəcək. Lakin təqdimat tədbirində Xiaomi-dən əlavə olaraq Redmi brendi də iştirak edəcək. Belə ki, məlum olub ki, 22 fevral tarixində Redmi brendi öz yeni noutbuklarını təqdim edəcək. Söhbət, RedmiBook Pro 14 (2024) və RedmiBook Pro 16 (2024) noutbuklarından gedir. Qeyd etmək lazımdır ki, Redmi brendi sözügedən noutbukların adi versiyalarını keçən ilin noyabr ayının sonunda təqdim etmişdi. Redmi tərəfindəın təqdim edilmiş tizer posterə əsasən yeni noutbuklar 165 Hz-lik təsvir yenilənməsinə sahib 3.1K keyfiyyətli LCD ekranları, Intel Core Ultra 5 və Intel Core Ultra 7 prosessorlarını, süni zəka funksiyalarını və HyperOS vasitəsilə çalışan cihazlarla inteqrasiya imkanını əldə edəcəklər.

Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
