main-post-cover

    Samsung 7000 mAh-lıq batareyaya sahib orta bücəli Galaxy M51 smartfonunu təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    31.08.2020
    Farid Pardashunas
        Samsung şirkəti heç bir təqdimat tədbiri keçirtməyərək yeni orta büdcəli Galaxy M51 smartfon modelini təqdim edib. Smartfonun online mağazada ön sifarişinin açılması ilə onun dizaynı və texniki məlumatları məlum olub. Beləliklə Galaxy M51 modeli 6.7 düym Super AMOLED ekrana sahibdir. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
        Şirkət smartfonun hansı prosessora sahib olduğu barəsində məlumat verməyib. Lakin bəzi məlumat sızıntılarına əsasən Galaxy M51 modeli Snapdragon 730 prosessoru ilə təchiz olunub. Digər texniki göstəricilərə gəldikdə isə smartfon 6 GB RAM, 128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 64 MP (f/1.8 diafraqma 81 dərəcə bucaq təsvirli) + 12 MP (f/2.2 diafraqma) + 5 MP (ToF sensor) + 5 MP (makroobyektiv) dördlü arxa kamera, 32 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Smartfonun 25 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləməsinə baxmayaraq məlumata əsasən onun 100% enerji yığması üçün 2 saat vaxt lazım olacaq. Təəssüflər olsun ki, Galaxy M51 modeli One UI istifadəçi interfeysinin yerinə onun sadələşdirilmiş versiyası olan One UI Core istifadəçi interfeysini əldə edib. Galaxy M51-i Samsung şirkətinin Almaniya üzrə saytından 360 avro qiymətində ön sifariş etmək olar. Onun satışa çıxma tarixi barəsində məlumat daha sonra veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər