
Samsung Galaxy S23 smartfonlarındakı barmaq izi skanı ilə bağlı problemin həlli hazırlanır
Cihazlar+
05.04.2024
Farid
Dünən məlum oldu ki, OneUI 6.1 yenilənməsindən sonra Galaxy S23 və S23 FE smartfonlarının istifadəçiləri barmaq izi skanı texnologiyasının çalışmasında problemlə qarşılaşıblar. Belə ki, OneUI 6.1 yenilənməsindən sonra bəzi hallarda smartfonların ekranlarında barmaq izi skanının ikonu əks olunmur. Samsung öz növbəsində bu məsələ ilə bağlı araşdırma apararaq problemin mənbəyini təyin edib. Şirkətin sözlərinə əsasən Galaxy S23 və S23 FE smartfonlarında barmaq izi skanı texnologiyası ilə yaranmış problemin mənbəyi Google Discover Feed tətbiqindəki xətadır. Samsung bildirib ki, o hal-hazırda Google ilə birgə bu problemin həlli üçün çalışır.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
